22 İyul 2026
Ölkə futbolu

“Qarabağ” – “Kopenhagen” matçının biletləri bu tarixdə satışa çıxır!

“Qarabağ” UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunda “Kopenhagen”lə üz-üzə gələcək. Danimarka klubu ilə keçiriləcək matça biletlərin satışa çıxacağı tarix bəlli olub.

İdmanxeber.az-a verilən məlumata görə, biletlər ayın 26-dan etibarən satışda olacaq. Azarkeşlər iki gün sonra biletləri əldə edə biləcəklər.

“Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də, saat 20:45-də start götürəcək. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43