“Bavariya”nın hücumçusu Harri Keyn 2026-cı ilin yayında komandadan ayrıla bilər.
İdmanxeber.az xəbər verir ki, 32 yaşlı forvard müqaviləsindəki xüsusi bənd sayəsində özü istədiyi halda ayrılmaq hüququna malikdir.
Onun xidmətində əsas maraqlı klub “Mançester Yunayted”dir.
Qeyd edək ki, Keyn bu mövsüm 7 oyunda 13 qol və 3 assistlə yadda qalıb.

