18 İyun 2026
Dünya futbolu

“Real” portuqaliyalı futbolçunu transfer edir

PSJ-nin yarımmüdafiəçisi Vitinya İspaniya La Liqasında çıxış edə bilər.

İdmanxeber.az  xəbər verir ki, “Real” 25 yaşlı portuqaliyalını gələn yay transfer etməyi planlaşdırır. Madrid klubu oyunçu üçün 50 milyon avro və əlavə olaraq Rodriqonu təklif etməyə hazırdır.

Vitinya 2022-ci ildə “Portu”dan PSJ-yə 41 milyon avroya keçib. Bu mövsüm o, 14 oyunda 2 qol və 5 assistlə yadda qalıb. Müqaviləsi 2029-cu ilə qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43