“Çelsi”nin futbolçusu Kol Palmer 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
İdmanxeber.az xəbər verir ki, baş məşqçi Enzo Mareska gənc oyunçunun həm zədə, həm də istirahət səbəbindən bu müddətdə komandaya kömək edə bilməyəcəyini açıqlayıb.
Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir.

