Türkiyənin Avropa Liqasındakı yeganə təmsilçisi “Fənərbağça” ikinci matçına çıxır.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu doğma meydanda “Nitsa”nı qəbul edəcək. Görüş Azərbaycanda da canlı yayımlanacaq.
Azarkeşlər matçı TRT 1 və İTV-dən izləyə biləcəklər.
Oyun Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

