13 İyun 2026
Dünya futbolu

“Bavariya” Keynlə müqavilə uzadır

“Bavariya” Harri Keynlə yeni müqavilə danışıqlarını 2025-ci ilin əvvəlində başlamağı planlaşdırır.

İdmanxeber.az xəbər verir ki, klub 31 yanvar 2025-də bitəcək geriçəkilmə bəndinin ardından danışıqları fəallaşdıracaq. Münhen təmsilçisi hücumçunun İngiltərəyə qayıtmaq istəməyəcəyinə ümid edir.

Keyn hazırda ildə 24 milyon avro maaşla “Bavariya”nın ən çox qazanan futbolçusudur. Klub isə xərcləri artırmaq niyyətində deyil.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43