İngiltərə millisinin qapıçısı Cordan Pikford “Everton”la müqaviləsini uzadıb.
İdmanxeber.az xəbər verir ki, 31 yaşlı qolkiperin yeni sözləşməsi 2029-cu ilə qədər qüvvədə olacaq.
Pikford 2017-ci ildən Mersisayd klubunun heyətində çıxış edir və əvvəlki müqaviləsi 2027-ci ildə başa çatmalı idi.

