02 İyul 2026
Dünya futbolu

“Çelsi”dən “Qarabağ”ı sevindirən xəbər – Ulduz futbolçu oynamayacaq 

“Çelsi” UEFA Çempionlar Liqası IV turunda qarşılaşacağı “Qarabağ”la oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi Enzo Mareska Koul Palmerin uzun müddət oynamayacağını açıqlayıb. Təcrübəli mütəxəssis ingilis yarımmüdafiəçinin qasıq nahiyəsindəki zədə səbəbindən əlavə altı həftə də meydanlardan kənarda qalacağını bildirib.

Bu da o deməkdir ki, ulduz futbolçu Ağdam təmsilçisinə qarşı forma geyinə bilməyəcək.

“Qarabağ” – “Çelsi” matçı noyabrın beşində, saat 21:45-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43