21 İyul 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçu Kosovo klubuna lazım deyil?

Kosovonun “Dreniça” klubunda çıxış edən azərbaycanlı futbolçu Elmir Tağıyevın adı son iki oyunun iştirak ərizəsində daxil edilmir.

İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi komandasının “Drita” (3:1) və “Priştina Re” (0:0) klublarına qarşı görüşlərini kənardan izləyib. Onun adı bu matçların protokolunda qeyd edilməyib.

Futbolçunun hansı səbəbdən oynamadığı bəlli deyil. 

Xatırladaq ki, Tağıyev mövsümün əvvəlində Kosovo klubuna transfer olunub. “Dreniça” hazırda 15 xalla 7-ci pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43