23 İyun 2026
Dünya futbolu

“Qarabağ”ın rəqibi güclənir – 50 milyon ayrıldı

“Napoli” rəhbərliyi baş məşqçi Antonio Kontenin istefasını gündəmdə saxlamır.

İdmanxeber.az xəbər verir ki, klub rəhbərliyi italiyalı mütəxəssisə dəstəyini davam etdirəcək və qış transfer pəncərəsində komandanı gücləndirmək üçün ən azı 50 milyon avro ayıracaq.

Hazırda “Napoli” A Seriyasında 11 turdan sonra 22 xalla üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, “Napoli” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43