Manuel Noyerin “Bavariya”dakı gələcəyi qeyri-müəyyəndir.
İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu 39 yaşlı qapıçısına yeni 1 illik müqavilə təklif etməyə hazırlaşır. Noyerin hazırkı sözləşməsi 2026-cı ilin yayında başa çatır.
Zədədən tam bərpa olunan Almaniya millisinin üzvü karyerasını bitirmək variantını da nəzərdən keçirir.
Qeyd edək ki, Noyer 2011-ci ildən “Bavariya”da çıxış edir.

