“Mançester Siti”nin hücumçusu Erling Haaland DÇ seçmə mərhələlərinin Avropa zonasındakı qol rekordunu yeniləyib.
İdmanxeber.az xəbər verir ki, Norveçli forvard İtaliya ilə oyunda vurduğu 2 qolla seçmə mərhələlərdəki qol sayını 16-ya çatdıraraq Robert Levandovskini geridə qoyub. Kriştiano Ronaldo isə 15 qolla üçüncü sıradadır.
DÇ seçmə mərhələlərinin ümumi rekordçusu 19 qolla iranlı Kərim Bageridir.

