“Mançester Yunayted”in hücumçusu Benyamin Şeşko “Tottenhem”lə matçda zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu 4 həftə komandasına kömək edə bilməyəcək.
Bu yay “Leyptsiq”dən transfer olunan sloveniyalı forvard indiyədək 11 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

