06 İyun 2026
Ölkə futbolu

Millinin səfər qələbəsinə AFFA-dan pul mükafatı

Azərbaycan U-21 millisi Avropa çempionatı seçmə mərhələsi çərçivəsində dünən səfərdə Cəbəllitariq yığmasını məğlub edib – 1:0.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bu qələbənin ardından yığma üzvləri mükafatlandırılacaq.

AFFA rəhbərliyi komandanın xal qazandığı oyunlara biganə qalmır. Bu qalibiyyət üçün də komandanın hər futbolçusuna 3000 manat pul mükafatı ayrılıb. 

Gənc futbolçular yaxın vaxtlarda vəd edilən “premya”nı əldə edəcək.

Xatırladaq ki, Azərbaycan U-21 millisi 5 oyundan sonra 5 xalla qrupda 5-ci sıradadır. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43