“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenin Türkiyəyə keçidi gündəmdədir.
İdmanxeber.az-ın məlumatına görə, “Beşiktaş” alman qolkiperin icarəyə götürülməsi üçün “Barselona”ya rəsmi təklif göndərib.
İstanbul klubu bununla Kataloniya təmsilçisinin maaş büdcəsinə dəstək olmağı planlaşdırır və müqaviləyə gələn yay üçün 8 milyon avroluq satınalma hüququnun əlavə edilməsini istəyir.
33 yaşlı Ter Ştegen bu mövsüm zədə səbəbindən hələ oynamayıb. Onun “Barselona” ilə müqaviləsi 2028-ci ilin ortalarınadək qüvvədədir.

