06 İyun 2026
Dünya futbolu

“Arsenal” Saka ilə anlaşdı

“Arsenal” Bukayo Saka ilə yeni müqavilə barədə prinsipial anlaşmaya gəlib.

İdmanxeber.az-ın məlumatına görə, London klubu 24 yaşlı yarımmüdafiəçinin sözləşməsini 2030-cu ilə qədər uzatmağa hazırdır.

Hazırkı müqavilə 2027-ci ildə başa çatır. Saka ilə yeni anlaşmanın Vilyam Salibanın müqaviləsi yeniləndikdən sonra rəsmiləşdiriləcəyi bildirilir.

Futbolçu bu mövsüm Premyer Liqada 9 oyunda 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43