“Napoli”nin futbolçusu Skott Maktominey ÇL-də “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, UEFA-nın saytına açıqlama verən 29 yaşlı yarımmüdafiəçi komandası üçün vacib 3 xal qazandıqlarını bildirib:
“Meydançaya yaxşı başlamadıq, amma ikinci hissədə üstün oynadıq. Daha çox qol vurmalı idik. Mənim məqsədim komandaya fayda verməkdir. Bu 3 xal bizim üçün çox önəmlidir. Klub olaraq çatmaq istədiyimiz hədəflər var”.

