20 İyun 2026
Dünya futbolu

Salah karyerasını müsəlman ölkəsində davam etdirmək istəyir – Türkiyə variantı gündəmdə

Məhəmməd Salah karyerasını müsəlman ölkədə davam etdirmək niyyətindədir.

İdmanxeber.az xəbər verir ki, “Liverpul”dan ayrılacağı bildirilən misirli futbolçu özünə komanda axtarır.  Məlumata görə, ayrılıq ehtimalı fonunda “Qalatasaray” rəhbərliyi Salahı yüksək maaş təklifi ilə razı salmağa çalışacaq.

Təcrübəli hücumçu hazırda bütün variantları dəyərləndirmə mərhələsindədir.

Qeyd edək ki, Salah daha əvvəl “Qalatasaray”ın “Liverpul”u 1:0 hesabı ilə məğlub etdiyi oyundan sonra İlkay Gündoğana “Atmosfer həmişə belə olur?” deyə sual verərək tribunlardan heyranlıqla danışmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43