20 İyun 2026
Ölkə futbolu

Vüsal oynadı, komandası xal qazandı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” Albaniya Superliqasında növbəti oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, komanda səfərdə “Tirana” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Start heyətdə meydana çıxan Vüsal İsgəndərli 79-cu dəqiqədə əvəzlənərək oyunu başa vurub.

Qeyd edək ki, “Partizani” hazırda 20 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43