19 İyun 2026
Ölkə futbolu

“Şamaxı”dan 25-ci böyükhesablı qələbə

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək liqasında 25-ci dəfə səfər oyununda böyük hesabla qalib gəlib.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XIV turunda baş verib.

Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub “Karvan-Yevlax”ı üç cavabsız qolla üstələyib. Bu göstəricidə “Kəpəz”ə çatan “Şamaxı” yalnız “Qarabağ”la “Neftçi”dən geri qalır.

Qeyd edək ki, səfərdə ilk böyükhesablı qələbəsini 2001/02 mövsümündə “Xəzər Universiteti” kimi qazanan komanda “Dinamo-Bakılı”nı (sonrakı “Bakı”) 3:0 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43