27 İyul 2026
Ölkə futbolu

SON DƏQİQƏ! Rüfət Abdullazadə Azərbaycan klubuna keçməyə yaxındır – ÖZƏL 

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi Rüfət Abdullazadə ilə danışıq aparır. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.

Xorvatiyanın “Varajdin” klubunda çıxış edən Abullazadə mövsümün ikinci yarısını yüksək ehtimalla Azərbaycanda davam etdirəcək.

O, icarə əsasında Gəncə təmsilçisində forma geyinməyə yaxındır.

Futbolçu cari mövsüm Xorvatiya təmsilçisində 10 oyun keçirib və bir qol vurub, iki assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43