“Qarabağ”ın futbolçusu Emmanuel Addai karyerasını Türkiyə Super Liqasında davam etdirir.
İdmanxeber.az yerli mətbuata istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçi “Konyaspor”un transfer siyahısına daxil edilib. Klubun əsas hədəfi “Eyüpspor”dan Prins Ampemidir.
Lakin bu transfer baş tutmasa, “Konyaspor” diqqətini “Qarabağ”ın cinah oyunçusu Emmanuel Addaiyə yönəldəcək.
24 yaşlı futbolçu bu mövsüm Ağdam təmsilçisinin heyətində 28 oyunda 4 qol vurub.
Addainin “Qarabağ”la müqaviləsi mövsümün sonuna qədər qüvvədədir.

