23 İyul 2026
Dünya futbolu

“Yuventus” “Fənərbağça”nın hücumçusuna təklif göndərdi

“Yuventus” hazırda “Əl-Nəsr”dən icarə əsasında “Fənərbağça”da çıxış edən Con Duranla maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisi 22 yaşlı hücumçu üçün rəsmi təklif irəli sürüb və Türkiyə klubu ilə danışıqlara başlayıb.

Kolumbiyalı futbolçu bu mövsüm Türkiyə çempionatında 10 oyunda 3 qol və 2 assistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43