PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasında antirekorda imza atıb.
İdmanxeber.az-ın məlumatına görə, gürcü futbolçu pley-off mərhələsində “Monako”ya qarşı keçirilən oyunda 8 zərbə vursa da, onların heç biri qapıya düşməyib. Bu göstərici turnirin tarixində antirekord kimi qeydə alınıb.
Buna baxmayaraq, PSJ səfərdə “Monako”nu 3:2 hesabı ilə məğlub edib. Cavab görüşü fevralın 25-də “Park de Prens” stadionunda keçiriləcək.

