20 İyun 2026
Ölkə futbolu

AFFA Kadini cəzalandırdı, “Neftçi”ni cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

14 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “İmişli” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “İmişli” komandasının 9 nömrəli futbolçusu Dioqo Almeyda hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “İmişli” komandası 2500 manat cərimə edilsin (maddə 51.2);

14 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “İmişli” – “Qarabağ” oyunundan əvvəl, fasilədə, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

14 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “İmişli” – “Qarabağ” oyununun 72-ci dəqiqəsində “Qarabağ” komandasının 20 nömrəli futbolçusu Kadi Borqes ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);

14 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “İmişli” – “Qarabağ” oyununun 90+5-ci dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 6000 manat cərimə edilsin (maddə 86.3);

15 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “Kəpəz” – “Neftçi” oyununun 71-ci dəqiqəsində “Kəpəz” komandasının 27 nömrəli futbolçusu Məqsəd İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Kəpəz” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);

15 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Kəpəz” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

15 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “Kəpəz” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

15 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Araz-Naxçıvan” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

15 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “Araz-Naxçıvan” – “Sumqayıt” oyununun 74-cü dəqiqəsində “Sumqayıt” komandasının 9 nömrəli futbolçusu Aleksandr Ramalinqom təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 3000 manat cərimə edilsin (maddə 45.1);

15 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Sumqayıt” komandası 6000 manat cərimə edilsin (maddə 52.5);


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43