20 İyun 2026
Dünya futbolu

“Bavariya”nın futbolçusu “Arsenal”a keçə bilər

“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az  xəbər verir ki, “Arsenal” 31 yaşlı alman futbolçunu yayda azad agent kimi heyətinə qatmağı planlaşdırır.

London klubu onu Deklan Rays üçün alternativ variant kimi nəzərdən keçirir.

Bildirilib ki, Qoretska uğrunda “Tottenhem” də mübarizə aparır. Təcrübəli yarımmüdafiəçi cari Bundesliqa mövsümündə 19 oyunda 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43