24 İyun 2026
Ölkə futbolu

“İmişli”dən heç-heçə, “Sabah”dan qələbə – Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulacaq.

İdmanxeber.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə “İmişli” “Şamaxı”nı qəbul edəcək. Qubada keçiriləcək görüş saat 16:30-da başlayacaq. Komandaların ilk dövrədəki oyununda “Şamaxı” 1:0 hesabı ilə qalib gəlib.

Günün son oyununda isə “Sabah” “Kəpəz”i qəbul edəcək. Masazırda keçiriləcək oyunun start fiti saat 17:00-da veriləcək. Bu komandaların ilk dövrədəki qarşılaşmasında “Sabah” 3:1 hesablı qələbə qazanıb.

 

22 fevral (bazar) 

14:30. “İmişli” – “Şamaxı” 0:0
Hakimlər
: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli

VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Quba OİK stadionu

17:00. “Sabah” – “Kəpəz” 1:0
Hakimlə
r: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev

VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
“Bank Respublika Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43