26 İyun 2026
Ölkə futbolu

“Azərbaycan millisindən ayrıldıqdan sonra bir neçə təklif aldım” – Fernandu Santuş 

Azərbaycan millisinin sabiq baş məşqçisi Fernandu Santuş Portuqaliyanın “Bola na Rede” nəşrinə müsahibə verib.

İdmanxeber.az-ın məlumatına, təcrübəli mütəxəssis yığmamızından ayrılandan sonra bir neçə yerdən təklif aldığını bildirib:

“Azərbaycan millisindən ayrıldıqdan sonra bir neçə təklif və tövsiyə aldım. Bu günə qədər bu və ya digər səbəbdən onların heç biri reallaşmayıb. Lakin mən hələ də yeni təkliflərə açığam. Təbii ki, adım ətrafında müxtəlif söz-söhbətlər dolaşır və mən bir neçə təklif də almışam. Amma hazırda onların haradan gəldiyini deməməliyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43