20 İyun 2026
Ölkə futbolu

Matça doğru: “Şamaxı”da itki var, “Neftçi” rahatdır 

Azərbaycan Premyer Liqasının XXII turunda “Şamaxı” doğma meydanda “Neftçi”ni qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, görüş öncəsi ev sahibi komandada bir itki var. Alfons Msanqa cəzalı olduğu üçün meydana çıxa bilməyəcək.

“Neftçi” isə matça tam heyətlə hazırlaşıb. Komandada cəzalı və ya zədəli futbolçu yoxdur. 

Xatırladaq ki, “Şamaxı” – “Neftçi” qarşılaşması bu gün saat 14:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43