11 İyun 2026
Ölkə futbolu

Hakimlər Komitəsi “Karvan-Yevlax” üçün seminar təşkil etdi

AFFA Hakimlər Komitəsi “Karvan-Yevlax”ın məşqçi və futbolçu heyəti üçün seminar təşkil edib.

İdmanxeber.az xəbər verir ki, komitə üzvü Ceyhun Haşımov kollektivi oyun qaydalarındakı yeniliklərlə tanış edib, həmçinin vaxt itkisinin bərpası, oyundankənar vəziyyət, oyunun bərpasının gecikdirilməsi, geyim standartları barədə ətraflı məlumat verib.

Seminarın ikinci hissəsində müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43