23 İyul 2026
Ölkə futbolu

“Neftçi”nin müqavilə təklif etdiyi futbolçu qərarını verdi

“Neftçi” futbolçusu Murad Məmmədovu komandada saxlamaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik oyunçuya yeni müqavilə də təklif edib. Yarımmüdafiəçi isə hələlik hələlik bunu qəbul etməyib.

Əldə etdiyimiz məlumata görə, o, mövsümün sonuna qədər gözləməyə qərar verib. U-21 millimizin üzvünə Avropa klublarından da maraq var. Bu səbəbdən də Məmmədov “ağ-qaralar”ın təklifin dərhal cavab vermək istəmir.

O, yayda ən uyğun variantı seçəcək. Futbolçu özü karyerasını ölkəxaricində davam etdirmək niyyətindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43