02 İyul 2026
Ölkə futbolu

“Kəpəz” iki futbolçu ilə peşəkar müqavilə imzaladı

“Kəpəz” akademiyasının üzvləri Raul İsaqov və Şahnur İsmayılov ilə peşəkar müqavilə imzalanıb.

İdmanxeber.az xəbər verir ki, hər iki futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə bağlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

16 yaşlı Raul hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. 19 yaşlı Şahnur isə yarımmüdafiə xəttində oynayır. İsaqov U-17, U-19 və əvəzedicilər, İsmayılov U-19 və əvəzedicilərdən ibarət komandada çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43