12 İyun 2026
Dünya futbolu

“Yuventus” “Atletiko” ilə danışıq aparır

“Yuventus” və “Atletiko” arasında maraqlı transfer danışıqları aparılır.

İdmanxeber.az-ın məlumatına görə, klublar hücum xəttində çıxış edən iki futbolçunun mümkün keçidini müzakirə edirlər. Söhbət Aleksandr Sörlot və Nikolas Qonsalesdən gedir.

Turin təmsilçisi norveçli hücumçunu heyətinə qatmaq variantını nəzərdən keçirir. Eyni zamanda Qonsalesin gələcəyi də danışıqların əsas mövzularından biridir.

Tərəflər arasında görüşlərin davam etdiyi bildirilir. Razılıq əldə olunacağı təqdirdə hər iki keçid eyni vaxtda baş tuta bilər


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43