“Neftçi”nin futbolçusu Elvin Camalov barədə yayılan xəbərlər doğru deyil.
İdmanxeber.az-a verilən məlumata görə, oyunçunun “Araz Naxçıvan”la anlaşdığı iddia edilsə də, bunlar həqiqəti əks etdirmir. O, hazırda heç bir klubla anlaşmayıb.
Camalovun istəyi “Neftçi”də qalmaqdır. O, növbəti mövsüm də “ağ-qaralar”da oynamaq niyyətindədir. Klub rəhbərliyi ilə danışıqları davam etdirən təcrübəli yarımmüdafiəçi böyük ehtimalla “Neftçi”də qalacaq.
Xatırladaq ki, futbolçunun paytaxt təmsilçisi ilə sözləşməsi yayda başa çatır.

