18 İyun 2026
Dünya futbolu

“Liverpul” heyətini gücləndirir

“Liverpul” İspaniyanın “Osasuna” klubunda çıxış edən Viktor Munyosu heyətinə qatmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə çempionunun futbolçunun 40 milyon avroluq sərbəstqalma maddəsini ödədiyi bildirilir. “Nyukasl” da oyunçu ilə maraqlansa da, mersisaydlılar daha çevik davranıblar.

22 yaşlı vingerin yaxın günlərdə uzunmüddətli müqavilə imzalayacağı gözlənilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43