“Burada olmaqdan çox xoşbəxtik və böyük qürur hissi keçiririk. Bilirəm ki, vətəndəki azarkeşlərimiz püşkatmanı canlı izləyirdilər və bu turnirdə rəqiblərimizin kim olacağını öyrənmək üçün çox həyəcanlı idilər.”
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın Avropa Liqasındakı rəqibi olan “Vestri”nin idman direktoru İvar Petursson deyib. O, daha sonra komandanın Azərbaycana səfərindən danışıb:
“Rəqibimizin nümayəndələri ilə görüşmək çox gözəldir. Bu püşk səfər və logistika baxımından bizim üçün müəyyən çətinliklər yaradacaq, amma eyni zamanda normalda görə bilməyəcəyiniz ölkələri görmək imkanı da verəcək.”

