24 İyun 2026
Ölkə futbolu

“Neftçi”dən hücumçu qərarı – qeyri müəyyənlik bitir

“Neftçi”nin hücumçusu Basalla Sambunun komandada qalacağı gözlənilir.

İdmanxeber.az-a verilən məlumata görə, hazırda komanda ilə birlikdə məşqlərdə iştirak edən ingiltərəli futbolçu yeni mövsümdə də “ağ-qaralar”ın formasını geyinməyə yaxındır. Daha öncə Sambunun rəhbərlikdən maaşının ciddi şəkildə artırılmasını tələb etdiyi iddia edilirdi.

Ancaq ingiltərəli forvardın komandada qalmağa müsbət yanaşdığı bildirilir. Rəhbərlik təcrübəli hücumçuya yeni müqavilə təklif edib.

Bassalu Sambu Ötən mövsüm 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan mərkəz hücumçusunun özü də komandada qalmaqda maraqlıdır.

Xatırladaq ki, 28 yaşlı hücumçunun klubla müqaviləsi yayda başa çatır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43