24 İyun 2026
Dünya futbolu

“Tottenhem” Tonali üçün yenidən hərəkətə keçdi

“Tottenhem” “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonalini transfer etmək niyyətindən əl çəkməyib.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi italiyalı futbolçu üçün yeni təklif hazırlayır. Daha əvvəl göndərilən təxminən 80 milyon funt-sterlinqlik təklif rədd edilmişdi.

Bununla yanaşı, gənc yarımmüdafiəçi Lukas Berqvallın transfer tələbi irəli sürməsi “Tottenhem”in orta xəttdə dəyişikliklər etməsini zəruri edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43