24 İyun 2026
Ölkə futbolu

Kolumbiyalı futbolçu “Araz Naxçıvan”da – RƏSMİ

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” heyətinə daha bir futbolçu qatıb.

İdmanxeber.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Naxçıvan təmsilçisi Alexandro Herrera ilə müqavilə imzalayıb. Kolumbiyalı yarımmüdafiəçi ilə anlaşma 1+1 illikdir. 21 yaşlı mərkəz yarımmüdafiəçisi “Arko Zaragoza” akademiyasının yetirməsidir. Peşəkar futbolçu karyerasına Argentina “Banfield”ində başlayan Herreranın sonuncu klubu Dominikanın “San Kristobal”ı olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43