26 İyun 2026
Ölkə futbolu

“Kəpəz”də çoxdandı gözlənilən görüş bu gün baş tutur – Təyinat açıqlanır

“Kəpəz”in yeni rəhbərliyi Gəncəyə yollanıb.

İdmanxeber.az-ın məlumatına görə, “sarı-göylər”in idarə heyətinin sədri olacaq Anar Abdullayev bu gün klubun bazasına baş çəkəcək. O, komanda ilə tanış olacaq və yeni baş məşqçi Azər Məmmədovla görüşəcək.

Klub rəhbəri növbəti mövsümün hədəfləri barədə məşqçilər heyəti ilə söhbət aparacaq.

Təcrübəli mütəxəssisin təqdimatının da bu gün olması gözlənilir. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43