“Real” rəhbərliyi yay transfer dönəmində Arda Güleri satmağı planlaşdırmır.
İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi 20 yaşlı yarımmüdafiəçini komandada saxlamaq niyyətindədir və onun üçün gələcək təklifləri dəyərləndirməyi düşünmür.
Ardanın “Real”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Türkiyəli futbolçu ötən mövsüm La Ligada 33 oyunda 4 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

