“Mançester Yunayted” yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, ingilis klubunun əsas hədəfləri “Real”dan Orelyen Çuameni, PSJ-dən Uorren Zair-Emeri və “Roma”dan Manu Kone hesab olunur.
Məlumata görə, “qırmızı şeytanlar” artıq Çuameni ilə bağlı ilkin sorğu göndərib, Zair-Emeri üçün isə 51 milyon funtluq təklif hazırlayır.

