“Real”ın hücumçusu Rodriqo “Liverpul”un əsas transfer hədəflərindən birinə çevrilib.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu braziliyalı futbolçu ilə bağlı Madrid təmsilçisi ilə ilkin təmaslara başlayıb. “Real” 25 yaşlı oyunçunu yalnız yüksək məbləğ qarşılığında buraxmağa hazırdır.
Rodriqo ötən mövsüm bütün turnirlərdə 52 oyunda 16 qol vurub, 11 məhsuldar ötürmə edib. Onun “Real”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

