“Yuventus” ötən mövsümü icarə əsasında komandada keçirən Randal Kolo Muanini heyətdə saxlamaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisi PSJ-yə məcburi satınalma bəndi ilə yeni təklif hazırlayır. Fransa millisinin üzvü ötən mövsüm “Yuventus”un heyətində 22 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə edib.
Tərəflər arasında danışıqlar davam edir.

