“Roma” Braziliyanın “Flamenqo” klubunda çıxış edən sağ cinah müdafiəçisi Ueslinin transferində həlledici mərhələyə çatıb.
İdmanxeber.az-ın məlumatına görə, Tərəflər bonuslarla birlikdə təxminən 30 milyon avroluq keçid üzərində razılığa yaxındır. 21 yaşlı futbolçu ötən mövsüm 31 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib.
Onun yaxın günlərdə İtaliyaya yollanacağı gözlənilir.

