23 İyul 2026
Dünya futbolu

Acun Ilıcalı yapon futbolçu transfer etdi

İngiltərə Premyer Liqasının yeni iştirakçısı “Hall Siti” yay transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, Yaponiya millisinin yarımmüdafiəçisi Hidemasa Moritanın transferi demək olar ki, yekunlaşıb. Razılaşmanın tamamlanma ehtimalı 99 faiz qiymətləndirilir.

30 yaşlı futbolçu ötən mövsüm “Sportinq”in heyətində 39 oyuna çıxaraq 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43