05 İyun 2026
Ölkə futbolu

AFFA həlledici görüşü bölgəyə salır – SON DƏQİQƏ!

AFFA Region Liqasında final görüşü Bakıda keçirilməyəcək.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, həlledici oyun üçün iki stadion nəzərdən keçirilir. AFFA final matçı üçün Şamaxı və Qəbələ variantı üzərində qərar verəcək.

Qarşılaşmanın Qəbələdə keçirilmə ehtimalı olduqca yüksəkdi. “Xankəndi” ev oyunlarını Şamaxı şəhərində keçirdiyi üçün final qarşılaşmasının Qəbələ şəhər stadionunda oynanılması daha real görünür. 

Bununla bağlı rəsmi qərar 3-4 günə veriləcək.

Qeyd edək ki, turnirdə yarımfinal mərhələsinin ilk oyunları artıq başa çatıb. “Göyəzən” evdə “Şirvanı” 4:1 üstələyib. Digər qarşılaşmada isə “Xankəndi” “Ağstafa gəncləri”ni darmadağın edib – 4:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43