Milli komanda

AFFA-nın baş katibi rusları günhlandırdı: “İkili oynadılar”

"2012-ci ildə Səmədovla Aleksandr Səmədovla görüşməmişdən öncə Rusiya Futbol İttifaqı (RFİ) ilə əlaqə saxladım. Onlara dedim ki, bu futbolçunu millimizə cəlb etmək istəyirəm. Əgər öz yığmanıza çağırmayacaqsınızsa, icazə verin, özü ilə danışıqlara başlayaq. Onlar qısa müddət vaxt istədilər, sonra da cavab verdilər ki, danışıq apara bilərsiniz. Bundna sonra Səmədovla görüşdüm. Açığı o da qərar verməkdə tələsmirdi. Çünki Rusiya millisinə çağırılmaq ümidini itirməmişdi. 7 il gözlədi və sonda buna nail oldu. O, Rusiyanın heyətində 2014-cü ilin dünya çempionatında ən yaşxılardna idi. Lakin indi heç milliyə çağırılmır".

İdmanxeber.com-un məlumatına görə, FFA-nın baş katibi Elxan Məmmədov "Xəzər TV"dəki "Futbol saatı"na müsahibəsində deyib.

Qurum rəsmisi rusların ikili oyun oynadıqlarını bildirib:

"Moskvada Səmədovla görüşəndə o mənə dedi ki, Rusiya millisinə çağırılmasa Azərbaycanı seçəcək. Lakin 2011-ci il oktyabrın 11-də AVRO-2012-nin seçmə qrup mərhələsinin Rusiya – Andorra matçının 87-ci dəqiqəsində o, meydana buraxıldı. Bununla da belə bir futbolçunun Azərbaycan millisinə yolu bağlandı".

Qeyd edək ki, A.Səmədov hazırda Moskva "Lokomotiv"inin şərəfini qoruyur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43