Kateqoriyasız

Elxan Məmmədov: “Reynaldo və Almeyda milliləşdirilə bilər”

“Milliləşdirilmiş futbolçuların millimizə dəvət alması birbaşa baş məşqçinin qərarıdı. Əslində belə futbolçuların milliyə çağırılması rəqabətin daha da gücləndirilməsinə ölçülüb. Misla üçün, millinin 2 hücumçusu var və həmin futbolçular düşünür ki, bizi əvəz edəcək kimsə olmayacaq, ona görə də rahat oynayırlar”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov “Xəzər Tv”də yayımlanan “Futbol Saatı” verlişində deyib.

Qurum rəsmisi Reynaldonun milliləşdirilməsi ilə bağlı veirlən sualı belə cavablandırıb:

“2012-2013-cü illərdə Reynaldonun “Qarabağ”a gəlməsindən sonra onun milliləşdirilməsi ilə bağlı məsələ ortaya çıxdı. Həmin müddətdə də mətbuatda bu xəbərlər böyük rezonans doğurdu. Yüksək təşkilatlardan bizə xəbədarlıq edildi ki, sizi izləyirik. Bilirsiz, Reynaldo ilə bağlı kimsə hansısa ölkədən məlumat əldə etsə onun bizim ölkədə hansı müddətdən sonra çıxış etdiyini biləcək. Ona görə, belə şeylərə diqqətli olmalıyıq. Reynaldo və Almeyda 5 il Azərbaycanda çıxış etdikdən sonra onları milliləşdirmək rahat olar. O zaman da millinin baş məşqçisi onların səviyyəsindən razı olar və ya yox artıq bu onun qərarıdı. Reynaldo ilə söhbət etdik, o, millidə çıxış etməyə razı olduğunu bildirib. Ümumiyyətlə bir legioner futbolçunu milliləşdirmək asan deyil. Onun ölkəsindən Azərbaycana bağlayan sübut sənədləri gətirilir. Bundan sonra Gənclər və İdman Nazirliyi də öz köməkliyini göstərir”.





İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43