06 İyun 2026
Dünya futbolu

Almaniya klubu onun üçün 60 milyon tələb edir

“Ayntraxt”ın sol cinah müdafiəçisi Nataniyel Braun karyerasını Avropanın top klublarından birində davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu ilə “Barselona” və “Mançester Yunayted” ciddi şəkildə maraqlanır və onun vəziyyətini yaxından izləyirlər.

Frankfurt klubunun rəhbərliyi Braunu gələn yay heyətdə saxlamağın çətin olacağını düşünür. “Ayntraxt” futbolçunun satışından yüksək məbləğ qazanmaq niyyətindədir. Onun transfer qiymətinin 60–70 milyon avro aralığında olacağı gözlənilir.

Transfermarkt isə müdafiəçinin dəyərini 30 milyon avro olaraq göstərir.

22 yaşlı Braun klubla müqaviləsini 2030-cu ilə qədər uzadıb. O, cari mövsümdə bütün turnirlərdə 18 oyuna çıxıb, 1 qol və 3 asistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43